“İnter”in hücumçusu Aleksis Sançes anemiya şübhəsi səbəbindən Çili millisinin qarşıdakı oyunlarında meydana çıxmayacaq.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı çilili futbolçunun testləri qırmızı qan hüceyrələrinin sayının normadan aşağı olduğunu göstərib.
Sançes bir ildən sonra “İnter”ə qayıdıb. Forvard 2019-2022-ci illərdə də “neradzurra”da çıxış edib. O, klubda 109 oyuna çıxıb, 20 qol vurub və 23 məhsuldar ötürmə verib.