Milli komandaların rəsmi və yoldaşlıq oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “Turan Tovuz” və “Sabah” komandaları bu gün yoxlama görüşündə qüvvələrini sınayıblar.
Futbolinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan oyun Tovuz komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
“Turan Tovuz”un heyətində Otto Con və Belajdi Pusi (2) fərqləniblər.
“Sabah”ın qollarını isə Davit Volkov və Kahim Parris vurublar.