Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransına qatılıb.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis “Dalğa Arena”da 1:0 hesabı ilə qalib gəldikləri görüşlə bağlı fikirlərini bildirib:
“3 xal qazandığımız üçün xoşbəştik. Performansımız ürəkaçan olmadı. Daha yaxşı olmalı idik. Bu kimi oyunlarda ikinci qolu vurub, oyunu “öldürmək” lazımdır. İkinci topu vurduqdan sonra rəqibin ümidləri ölür”.
Gənc çalışdırıcı Azərbaycan millisi barədə xoş sözlər işlədib: “Çox adama elə gəlirdi ki, rahat olacaq. Meydança da yaxşı vəziyyətdə deyildi. Rəqib də futbol oynayırdı, şanslar yaradırdı. Bir neçə epizodda çətinlik çəkdik. Renat Dadaşovun başla zərbəsində qapıçımız çətinlik çəkdi. Belə matçlarda qələbə qazanmaq vacibdir”.