AÇ-2024-ün seçmə mərhələsində 5-ci turun oyunlarına yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

C qrupunda İngiltərə yığması Ukraynanın, İtaliya millisi isə Şimali Makedoniyanın qonağı olub. Hər iki görüş heç-heçə bitib.

F qrupunda Azərbaycan millisi doğma meydanda Belçika yığması ilə qarşılaşıb və uduzub. Qrupun digər matçında Estoniya və İsveç yığmaları üz-üzə gəliblər. Bu oyunda da qonaqlar, özü də darmadağınla qalib gəliblər.

AÇ-2024, seçmə mərhələ
5-ci tur

8 sentyabr

C qrupu

Ukrayna – İngiltərə 1:1
Qollar: Zinçenko, 26 – Uolker, 41.

Şimali Makedoniya – İtaliya 1:1
Qollar: Bardi, 81 – İmmobile, 47.

Xal: İngiltərə – 13. Ukrayna – 7. İtaliya – 4. Şimali Makedoniya – 4. Malta – 0.

F qrupu

Azərbaycan – Belçika 0:1
Qol: Karrasko, 38.

Estoniya – İsveç 0:5
Qollar: Qyokeres, 18. Kuluşevski, 24. İsak, 39. Kayson, 75. Klaesson, 90+2.

Xal: Belçika – 10. Avstriya – 10. İsveç – 6. Estoniya – 1. Azərbaycan – 1.

İ qrupu

Andorra – Belarus 0:0

Kosovo – İsveçrə 2:2
Qollar: Muriqi, 65; 90+4 – Freuler, 14. Rahmani, 79-öz qapısına.

Rumıniya – İsrail 1:1
Qollar: Alibek, 27 – Qlux, 53.

Xal: İsveçrə – 11. Rumıniya – 9. İsrail – 8. Belarus – 4. Kosovo – 4. Andorra – 2.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp