“Los-Anceles Leykers” komandasının ulduzu Lebron Ceyms gələn il Parisdə keçiriləcək Yay Olimpiya oyunlarında milli komandaya qayıda biləcəyinə eyham vurub.

“Sportcenter” nəşri öz sosial şəbəkə səhifəsində milli komanda formasında basketbol ulduzlarının şəklini dərc edib. Onlar arasında Kevin Dürant , Entoni Edvards, Cimmi Batler, Stiven Karri , Lebron Ceyms və digərləri olub. Şəklin altında isə bu sözlər yazılıb: “Belə bir milli komanda təsəvvür edin”.

Lebron Ceyms isə bu şəklə pozitiv münasibət bildirib. Onun bu münasibəti basketbol fanatları tərəfindən coşqu ilə qarşılanıb.

Lebron Ceyms ikiqat olimpiya çempionudur. O , olimpiadalarda 24 oyun (2004, 2008, 2012) keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp