“US Open”də qadınlar arasında final görüşü baş tutub. Sabahdan etibarən dünyanın bir nömrəli tennisçisi ünvanını əldə edəcək Arina Sobolenka həlledici oyunda Korin Qauffa məğlub olub – 6:2, 3:6, 2:6.

Görüş 2 saat 5 dəqiqə davam edib. Amerikalı tennisçi bu qələbəyə görə aktivinə 2000 reytinq xalı yazacaq. Ona çatacaq mükafat isə 3 milyon ABŞ dolları təşkil edəcək. Belaruslu tennisçinin reytinqi 1300 bal artacaq. Sobolenkaya 1 milyon 500 min dollar pul ödəniləcək.

Qeyd edək ki, Qauff karyerasında ilk dəfədir ki, “Böyük dəbilqə” seriyalı turnirdə çempion olur.

Gənclərin çempionatında braziliyalı Fonseka titulu qazanıb. Yeniyetmə qızların yarışında isə ABŞ-dən Xuey çempion olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp