Fernando Alonso “Red Bull” komandasının və Maks Ferstappenin dominantlığına işarə vuraraq çempionatın reqlamentini tənqid edib.

“Yeni qaydalar işə yaramadı. Əgər son 25 yarışdan 24-nü “Red Bull” qazanıbsa , deməli, vəziyyət yaxşı deyil. Onlar hər şeydə yaxşıdırlar. Bir dənə də olsun zəif yerləri yoxdur. Bütün komandalar da çalışır ki, onlara oxşasın və optimal variantları tapsın”, – deyə “Aston Martin” pilotu bildirib.

Qeyd edək ki, bu il keçirilən bütün 14 yarışda “Red Bull” komandasının pilotları qələbə qazanıblar. Maks Ferstappenin 12 , Serxio Peresin də 2 birinciliyi var. Komanda 583 xal toplamaqla mühəndislər kubokunda ən yaxın izləyicisindən 273 xal qabaqdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp