Belçika millisinin futbolçusu Amadu Onana AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirilən oyunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, “Dalğa Arena”dakı qarşılaşmada 90 dəqiqə meydanda olan 22 yaşlı yarımmüdafiəçi 1:0 hesablı qələbəyə sevindiklərini bildirib: “Bu, mürəkkəb meydançada çətin oyun idi. İnsanlar asanlıqla qalib gələcəyimizi gözləyirdilər. Ancaq hərəkətli komanda ilə mübarizə aparmaq asan deyil. Azərbaycan bizə problem yaradan, hörmətə layiq rəqibdir. Məqsəd Bakıdan 3 xalla qayıtmaq idi. Yəni, bu qarşılaşmada qələbə ən vacib məqam idi. Düşünürəm ki, orta sahəni yaxşı idarə etdik. Müdafiə ilə yaxşı birləşdik və xətlər arasındakı aqressivliyi icra edə bildik”.

Qeyd edək ki, hazıda F qrupunda Belçika 10 xalla turnir cədvəlinə başçılıq edir, Azərbaycan yığması isə 1 xalla sonuncudur.

Shares: