Növbəti mövsüm həndbol üzrə qadınlar arasında keçiriləcək Azərbaycan çempionatında yeni komanda çıxış edəcək. Bu, “Kür” komandasıdır.

Futbolinfo.az xəbər verir ki, “Kür” çempionatda Azərbaycanın 4-cü böyük sənaye şəhəri olan Mingəçeviri təmsil edəcək. “Kür” idman klubunu rusiyalı əməkdar məşqçi, Rusiya millisinin sabiq böyük məşqçisi Viktor Ryabıx çalışdıracaq. 63 yaşlı məşqçiyə ötən mövsüm “Azəryol”da çalışmış Fuad Yangildin kömək edəcək.

Komanda 15 həndbolçu ilə müqavilə imzalayıb. Onların arasında xorvatiyalı Anamaria Quqiç, nigeriyalı Çaynmerem Qreys Ahamefula, monteneqrolu Militsa Stamatoviç və daha əvvəl Mingəçevirin “Nur” komandasında çıxış etmiş rusiyalı Alla Çernışkova var.

Qeyd edək ki, əvəllər Mingəçevirdə “Nur” komandası fəaliyyət göstərib. Bu komanda 2016-2017-ci illər mövsümündə Azərbaycan çempionu olsa da, 2018-ci ildə fəaliyyətini dayandırıb.

BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR

Shares: