Belçika yığmasının futbolçusu Yannik Karrasko AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirdikləri oyun barədə fikirlərini bölüşüb.

Futbolinfo.az saytı xəbər verir ki, komandasına qələbə qazandıran yarımmüdafiəçi vurduğu qol haqda da danışıb. O, kollektivdə təcrübəlilərə qulaq asdıqlarını vurğulayıb: “Filippo İnzaqi belə bir neçə qol vurub. Yan Vertongen, Romelu Lukaku və mən şanslıyıq, çünki gənclər bizi dinləyirlər. Tez-tez danışaraq və xətləri bağlayaraq komandaya kömək etməyə çalışıram. Nümunəvi olmağa çalışıram ki, gənclər bizi izləsinlər”.

Qeyd edək ki, “Dalğa Arena”da keçirilən görüşdə Belçika 1:0 hesablı qələbə qazanıb. Karrasko 67-ci oyununda 10-cu qolunu vurub.

Shares: