İlkay Gündoğan Almaniya yığmasının indiki durumuna görə çox məyusdur. Bundestimin kapitanı yoxlama matçında Yaponiyaya 1:4 hesablı məğlubiyyətin təsadüf olmadığını düşünür.

Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi rəqibin ədalətli qələbə qazandığını deyir: “Bunu qəbel etmək çətindr. Amma etiraf etməliyik. Son matçda yaxşı göründüyümüz yeganə məqam qol vurduğumuz epizod idi. Yaponiya millisi həm müdafiədə, həm də hücumda bizdən daha yaxşı görünürdü. Üzücü olsa da, həqiqəti deməliyik”.

Baş məşqçinin istefaya göndərilməsi ilə nəticələnən oyundan sonra İlkay komandanın səviyyəsinin aşağı düşdüyünü deyir: “Biz o komandalarla eyni səviyyədə deyilik. Bu dəqiqə yaxşı oynamadığımız həqiqətdir və demək lazımdır. Bəlkə də əslində gücümüzü şişirdir, başqalarından yaxşı olduğumuzu düşünürük. Özünəinam yoxdur, oyun zamanı qərar verməkdə çətinlik çəkirik, sanki oyun anlayışımızı da itirmişik. Belə gedişin bizə faydası yoxdur, komanda növbəti qitə çempionatına hazır deyil. Sanki hamı özü ilə mübarizə aparır”.

Gündoğan “Daily Mail”ə komandada yaxşı ab-hava yaratmaq üçün tələsməi olduqlarını da sözlərinə əlavə edib.

Shares: