“Qarabağ”ın futbolçusu Leandro Andradenin çıxış etdiyi Kabo-Verde millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti görüşünə çıxıb. Bu komanda Toqo ilə qarşılaşıb.

Futbolinfo.az xəbər verir ki, 5 qolun vurulduğu görüş Kabo-Verdenin məğlubiyyəti ilə başa çatıb – 2:3. Andrade 68 dəqiqə meydanda olub.

Kabo-Verde 6 turdan sonra 10 xalla B qrupunda ikinci sırada yer alıb və Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.

Shares: