Joau Palinya “Fulhem”də qalmaq niyyətində deyil. Yayda klubunu dəyişə bilməyən müdafiəçi London klubu rəhbərliyinə istəyini çatdırıb. O, qış fasiləsində transferə çıxarılmasını tələb edir.

Futbolinfo.az xəbər verir ki, 28 yaşlı portuqaliyalı İngiltərə Premyer Liqasında oynamaqdan məmnun deyil. O, “Bayern”in təklifini dəyərləndirmək niyyətindədir. İngilislər ötən ay onu buraxmasa da, futbolçu getməkdə israrlıdır və bunu yanvarda reallaşdırmaq üçün hər şey edəcək.

Ötən yay “Sportinq”dən 21 milyon avroya transfer edilən futbolçunun londonlularla hələ 4 illik müqaviləsi var. Lakin Palinya iddialı komandada oynamaq niyyətindədir. “Fulhem”in böyük hədəfləri olmadığından portuqaliyalı Münhen klubuna keçmək istəyir.

Shares: