Yan Zommer “Bayern”də keçirdiyi qısa dönəmi xatırlayıb. İkin əvvəlində Münhen klubuna transfer olunan, ötən ay isə “İnter”ə gedən qapıçı son 6 ayı dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, İsveçrə millisinin üzvü Münhenqladbax “Borussiya”sından “Bayern”ə keçib çempionluq qazansa da, hər şeydən məmnun deyil: “Bu, karyeramda daha çox həyəcan, yeni təcrübə və çətinliklər görmək imkanı verdi. Ötən mövsüm “Bayern”də hər kəs pis mənada təsirləndi. Çox vəhşi və xaotik dönəm idi. Çoxlu dəyişikliklər oldu, pis nəticələrə imza atdıq. Bu haqda çox yazıldı, tənqid edildik”.

Zommer olanlara rəğmən “Bayern” karyerasından narazı deyil: “Mənim üçün xüsusilə yeni təcrübə idi. Orada keçirdiyim zaman çox önəmli, dəyərli və uğurlu oldu. Çempion olduq, maraqlı təcrübə qazandım, təkcə komanda halında yox, həm də fərd olaraq mübarizə aparmağı öyrəndim. Yaxşı ki, o təcrübəni yaşadım, irəlidə mənə kömək olacaq”.

Xatırladaq ki, 34 yaşlı qolkiper yanvarda 9 milyon avroya transfer olunmuşdu. Bir ay öncə isə “İnter” 6,75 milyon avro ödəyərək isveçrəlini heyətinə qatdı və 3 illik müqavilə bağladı.

Shares: