Moldova millisi AVRO-2024-ün seçmə mərhələsinin E qrupunda beşinci oyununu səfərdə Farer adaları yığmasına qarşı keçirib. Görüş moldovalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Moldovanların heyətində “Turan-Tovuz”un müdafiəçisi Denis Marandiçi də olub. Sol cinah müdafiəçisi oyuna start heyətində çıxıb və sona qədər oynayıb.

Hazırda Moldova 8 xalla öz qrupunda 3-cü pillədədir.

Shares: