“Sabah” basketbol klubu Serbiyada təşkil edilən təlim-məşq toplanışında ikinci yoxlama görüşünü keçirib. Azərbaycan çempionu yerli “Radniçki” klubu ilə qarşılaşıb.

Belqradda baş tutan matç gərginliyi ilə diqqət çəkib. Serbiyanın yüksək liqa təmsilçisi sonda 82:81 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Sabah” ilk yoxlama oyununda Serbiyanın digər komandası “Vrsac”a 57:62 hesabı ilə məğlub olub.

Shares: