Ağır çəkidə WBC çempionu Tayson Fyuri (33-0) keçmiş ağır çəkidə UFC çempionu Frensis Nqannunun promouşndan getməsini dəstəkləyib. O , həmkarının düzgün hərəkət etdiyini bildirib.

“Hər kəs Nqannunun UFC-dən ayrılarkən axmaq olduğunu deyirdi. Amma indi onun doğru addım atdığı ortaya çıxdı. Orada o, heç vaxt bu qədər pul qazana bilməyəcəkdi. İndi isə birdən-birə 10 milyon dollar qazanacaq. Frensis bunu edəcək”, – deyə “MMA Mania” Fyurinin sözlərindən sitat gətirib.

Fyuri və Nqannu oktyabrın 28-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində döyüşəcəklər. Görüş 10 raund planlaşdırılıb. Döyüş WBC titulu uğrunda olmayacaq.

Shares: