AÇ-2024-ün seçmə mərhələsində 6-cı turun görüşləri keçirilir.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi öz meydanında Bolqarıstanla qarşılşaıb.

Oyun Monteneqronun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yankoviç start heyətdə meydana daxil olub və 84-cü dəqiqədə əvəzlənib.

Monteneqro yığması 5 oyundan sonra 8 xalla qrupda 5 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Shares: