“Real” qışda növbəti transferini reallaşdıra bilər. Madridlilər uzun müddətdir heyətinə qatmaq istədiyi Alfonso Devisin keçidi ilə bağlı çalışmalarını sürətləndirib.

Futbolinfo.az xəbər verir ki, bunun səbəbi sol cinah müdafiəçisi Ferlan Mendinin yenidən zədələnməsidir. Müdafiənin sol cinahında problem yaşayan İspaniya nəhəngi yayda ala bilmədiyi oyunçunu gətirməklə vəziyyətdən çıxmaq istəyir (Marca).

“Bayern”lə müqaviləsi 2025-ci ilin yayında bitəcək Devis yeni müqavilə bağlamaq istəmir. Bu səbəbdən münhenllərin onu satmaqdan başqa yolu qalmayıb. Ancaq Almaniya çempionu onu  qışda yox, gələn yay buraxmaq niyyətndədir. Yalnız “Real”ın böyük məbləğ ödəməsi vəziyyəti dəyişə bilər.

2019-ci ildə “Vankuver”dən (ABŞ) alınan 22 yaşlı kanadalının transfer dəyəri 70 milyon avro qiymətləndirilir. “Real” bu qiymətin yalnız yarısını ödəmək niyyətindədir.

Shares: