“Liverpul” əsas heyətin iki üzvü ilə yeni müqavilə bağlamağa hazırlaşır. Merisaydlılar müdafiəçilər – Vircil van Deyk və Trent Aleksander-Arnoldun maaşını artıraraq onlara daha uzun müddət güvənmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, futbolçularla danışıqlara start verib. Hər iki oyunçu komandada qalmağa razıdır, lakin müqavilə şərtlərini müzakirə edəcəklər.

2018-ci ildə “Sauthempton”dan “Liverpul”a gələn van Deykin müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. 32 yaşlı müdafiəçi ilə 2 illik yeni anlaşma planlaşdırılır. Niderland millisinin üzvü isə 2028-də bitəcək müqavilə arzulayır.

Klubun öz yetirməsi olan Trentin müqaviləsinin bitməsinə də 2 il qalıb. 24 yaşlı oyunçunun müddətlə bağlı problemi yoxdur, o çoxsaylı təkliflərinin olmasını əsas gətirərək maaşının yüksəldilməsini istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp