“Barselona”nın “Mançester Siti”dən icarəyə götürdüyü Joao Kanselo yeni klubundan məmnundur. O, mövsümün sonunda bitəcək anlaşmanı yeniləmək, birdəfəlik transfer olunmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı cinah oyunçusu İspaniyada qalmaq fikrindədir: “Hər zaman “Barsa” forması geymək və mənə inanan insanların buraya gəlməyin nə qədər çətin olduğunu göstərmək istədim. Bura həmişə xəyal etdiyim yerdir və qalmaq istəyirəm. Yuxu kimi klubdur”.
Qışda “Bayern”ə icarəyə verilən, yayda isə “Barselona”ya gələn Kanselo “Mançester Siti”yə məxsusdur. Portuqaliyalı ispan klubunun gələn yay onu birdəfəlik transfer edəcəyinə ümid bəsləyir.