“Araz-Naxçıvan”ın belçikalı futbolçusu İsmail Azzauinin futbolinfo.az saytına müsahibəsi

– Azərbaycan çempionatı və “Araz-Naxçıvan” haqqında fikirləriniz necədir? İlk 5 tur müəyyən təəssürat formalaşdırıb?

– Mən Azərbaycanı çox bəyənirəm, həm də bu ölkə mənim üçün yeni mədəniyyətdir. Bura gələndə çox təəccübləndim. “Araz-Naxçıvan” tamamilə yeni komandadır. Görürəm ki, yeni olmağımıza baxmayaraq, hər gün irəli gedirik, təkmilləşirik. Komandamızın böyük potensialı var.

– Nəticələrinizdən narazı deyilsiniz yəqin ki?

– Düşünürəm ki, geridə qalana baxmalı deyilik. Hər oyun keçdikcə yüz faiz gücümüzü ortaya qoyub hər şeyi göstərməliyik. Mövsümə o qədər də hazırlıqlı olmayan komanda olduğumuzu nəzərə alsaq, pis başlamamışıq. Güclü liqada 7 xal əldə etmişik. Bunun davamını gətirməyə çalışırıq.

– Komanda baxımlı futbol oynayır. Bu cür davam edə biləcəksiz?

– Burada işlərin düzgün qurulduğunu deyə bilərəm. Məşqçilərin heyətinin istədiklərini meydanda nümayiş etdirə bilirik. Potensialımız daha da yaxşı olmağa imkan verir.

– Premyer Liqada hansı komandaları bəyənirsiz? Bizim çempionatda sizi nə təəccübləndirdi?

– Hələ ki, bütün komandalara qarşı oynamamışıq. Məni təəccbüləndirən əsas məqam liqanın səviyyəsi oldu. Çünki hər komanda digərini məğlub edə bilər. Asan matç yoxdur.

– “Qarabağ”a qarşı çətin oyundan sonra diqqət mərkəzinə düşdünüz…

– Həmin matçda vacib xal itirdik. Çünki əgər bir komanda 95-ci dəqiqədə qol buraxıb məğlub olursa, xal itirir. Çox yaxşı oynamışdıq. Biz onlara qarşı gücümüzü göstərə bildik. Həmin oyun çox yaxşı keçdi. Həm də sübut etdik ki, bütün komandalara qarşı oynaya bilərik.

– Belçikada doğulmusan, ölkənizin yığmasının Azərbaycana qarşı keçirdiyi matçı izlədiniz?

– Məşqim olduğu üçün bütün oyuna baxa bilmədim. Sadəcə, ikinci hissəni və icmalı izlədim. Belçika üçün yaxşı matç deyildi. Azərbaycan meydanda gücünü göstərə bildi. Məncə, şanslar bərabər idi, amma sonda Belçika qalib gəldi.

– Razisız ki, Belçika Bakıda çox güc sərf etmək istəmədi?

– Yox, Azərbaycan yığması onlara mane ola bildi.

– Sizinlə eyni ölkədə doğulmuş Əyyub Allaş da Azərbaycanda çıxış edir. Onu tanıyırsız?

– Yaxşı münasibətimiz var. Tez-tez danışırıq, görüşürük.

– Azərbaycanda tanış olmusunuz?

– Yox, daha öncə də münasivətimiz var idi.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp