21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Serbiyanın qonağı olub.

Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə bitib.

Azərbaycan komandasının heyətində Süleyman Damadayev 90-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu gün yığmamızın yer aldığı qrupun digər oyununda Ukrayna Şimali İrlandiya ilə ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Hazırda İngiltərə, Serbiya, Ukrayna və Lüksemburqun hərəyə 3 xalı varsa, Şimali İrlandiya və Azərbaycan yığmaları xalsızdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp