Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Rumıniya – Kosovo oyununda azarkeşlərin siyasi pankart nümayiş etdirməsi səbəbindən yarıda dayandırılıb.
Futbolinfo.az xəbər verir ki, bu üzdən qarşılaşmada təxminən 50 dəqiqəlik fasilə yaranıb.
Buxarestdə baş tutan görüşün 18-ci dəqiqəsində baş hakim Villi Delayau komandaları meydandan çıxarmağa qərar verib. UEFA-nın saytında qeyd edildiyi kimi, oyun “tamaşaçıların ayrı-seçkilik hərəkətləri” səbəbindən yarımçıq dayandırılıb. Tribunalarda “Kosovo Serbiyadır” yazısı olan pankart açılıb.
I qrupunda yer alan bu komandalardan Rumıniya yığması ikinci, Kosovo millisi isə beşinci yerdədir.