Simona Halepin dopinq tarixçəsi sona çatıb. Nəhayət ki, onunla bağlı qərar verilib. Rumıniyalı tennisçi 4 il müddətinə bütün yarışlardan uzaqlaşdırılıb.

Qadınlar arasında dünya reytinqinin keçmiş bir nömrəsi, “Böyük dəbilqə” qalibi keçən il “US Open” turnirindən sonra yarışlardan kənarda idi. Həmin vaxt ondan götürülən dopinq analizdə roksadustat maddəsi aşkar edilmişdi. Bu maddənin qəbuluna  Beynəlxalq Antidopinq Agentliyi tərəfindən qadağa  qoyulub. Maddə qanda hemoqlabinin və eritrositlərin miqdarını artırır.

Halepin sözlərinə görə, belə bir nəticənin çıxmasının səbəbi xarab olmuş idman qidasıdır. Lakin İntizam Komitəsinin araşdırmalarından sonra idmançının bəhanələri əsassız sayılıb. Daha dərin araşdırmalar onun bütün il ərzində belə preparat qəbul etdiyini üzə çıxarıb.

Qeyd edək ki, bu cəza qadın tennisində ən uzunmüddətlilərindən biridir. Tarixdə ən yaddaqalan cəzalardan biri Mariya Şarapovanın 18 aylıq uzaqlaşdırılması olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp