La Liqa “Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch” klubunun sponsoru olub.

Uels 5-ci divizionunun komandası həm də beş LL hərf kombinasiyasına və dünyanın ən uzun adına malik klubdur. Bu da onu La Liqanın yeni loqosu ilə yanaşı tutmaq üçün unikal fürsətdir.

Tam adı “Clwb Pel Droed Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch” olan klubun emblemində də bunu görmək mümkündür. Belə bir adın tələffüz edilməsinin mümkün olmamasından dolayı hər kəs qısaldılmış versiyadan istifadə edir – “Llanfairpwll”.

Tərəfdaşlıq La Liqanın “Futbolumuzun Gücü” kampaniyası çərçivəsində 1 il müddətinə (klubun 125 yaşı tamam olacaq) bağlanıb. Liqa 3000 əhalisi olan bir kəndin klubuna deyil, həm də Şimali Uelsdə və ondan kənarda futbolun ümumi inkişafına kömək edəcək.

Shares: