Şahmat üzrə 16-cı dünya çempionu, 2013-2023-cü illərdə titula sahib olan norveçli Maqnus Karlsen sürətli şahmat üzrə onlayn turnirdə 1/4 finala yüksəlib. O, hindistanlı Vidit Santoş Qucratiyə 17,5:8:5 hesabı ilə qalib gəlib.

Futb olinfo.az xəbər verir ki, “Speed Chess Championship” turnirinin 1/8 final mərhələsinin digər görüşündə fransalı Maksim Vaşye-Laqrav Qukeş Dommarajudan (Hindistan) 21,5:8,5 hesabı ilə güclü olub.

Bu gün yarışda 1/4 final mərhələsinin ilk partiyaları oynanılacaq. Fransalı Əlireza Firuzja ilə amerikalı Vesli So qarşılaşacaq. Turnirdə dünya çempionu Dinq Lireni əvəzləyən rusiyalı Yan Nepomnyaşının 1/8 final matçı sabah baş tutacaq. Onun rəqibi hindistanlı Arjun Erigaysi olacaq.

Xatırladaq ki, sürətli şahmat üzrə “Speed Chess Championship 2023” turnirinə sentyabrın 22-də yekun vurulacaq. Turnirin mükafat fondu 150 min dollardır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp