Afrika Millətlər Kubokunda iştirak edəcək bütün komandalar müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, son olaraq Kamerun və Namibiya final mərhələsinə vəsiqə qazanıblar.

Oktyabrın 12-də final mərhələsinin püşkatma mərasimi keçiriləcək. 24 iştirakçı hərəsində 4 komanda olmaqla 6 qrupa bölünəcəklər.

Turnir 2024-cü il yanvarın 13-dən fevralın 11-dək Fil Dişi Sahilidə keçiriləcək.

Afrika Millətlər Kubokunun bütün iştirakçıları: Nigeriya, Qvineya Bissau, Burkina Faso, Kabo Verde, Kamerun, Namibiya, Misir, Qvineya, Qana, Anqola, Əlcəzair, Tanzaniya, Mali, Qambiya, Fil Dişi Sahili, Zambiya, Konqo DR, Mavritaniya, Tunis, Ekvatorial Qvineya, Mərakeş, Cənubi Afrika, Seneqal, Mozambik.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp