“Yuventus” Pol Poqba haqda qərar verməyə hazırlaşır. Fransa millisinin üzvünün dopinq qalmaqalında günahkar olduğu təsdiqlənsə, turnlilər onunla müqavləni pozacaq.

Futbolinfo.az xəbər verir ki, Poqbanın dopinq üçün götürülən testinin nəticələri pozitiv çıxıb. Məsələ tam aydınlaşana kimi ona futbolla məşğul olmaq qadağan edilib. Həm futbolçu, həm də klubu etiraz etdiyindən yekun cavab gözlənilir. Onsuz da zədə üzündən komandaya kömək edə bilməyən Polun həqiqətən dopinq qəbul etdiyi dəqiqləşsə, “Yuventus” onunla yolları ayıracaq.

2012-ci ildə “Mançester Yunayted”in 19 yaşlılar komandasında “Yuventus”a gələn Poqba uğurlu çıxışının yekununda 4 il sonra satılmışdı. İngilislər vaxtlə pulsuz buraxdığı oyunçuya görə 105 milyon avro ödəmişdi. Amma Polun Premyer Liqada işləri o qədər də uğurlu alınmadı, yekunda ötən yay Turinə azad agent kimi qayıtdı. 2026-cı ilə kimi müqavilə bağlayan yarımmüdafiəçinin taleyi indi test nəticələrindən asılıdır.

Shares: