“McLaren” komandası MCL60 bolidinin Sinqapur və Yaponiya qran-priləri üçün yenilənmiş livreyasını təqdim edib.

Daha çox qara rəngin olması sponsorlardan biri olan OKX kriptovalyuta birjası ilə əməkdaşlığa həsr edilib. Komanda avtomobilin livreyasını dəyişdirməklə yanaşı, azarkeşlər üçün məhdud sayda köynək kolleksiyası buraxıb.

Komandanın direktoru Zek Braun deyib: “OKX ilə tərəfdaşlığımız getdikcə güclənir və biz bunu yeni dizaynla qeyd etməkdən məmnunuq. Yarış avtomobilinin rənglərini dəyişdirdik. Sinqapur və Yaponiyada keçirilən iki yarışa maraqlı və fərqli bir şey gətirdik. Ümid edirik ki, azarkeşlər livreyadan məmnun  qalacaq və qarşıdakı mərhələlərdə fan zonada komanda ilə güclü ünsiyyət qura biləcəklər. OKX “McLaren”i dəstəkləyir, biz tərəfdaşlığımızı qlobal Formula 1 platformasına çatdırmaqdan qürur duyuruq”.

Xatırladaq ki, “McLaren” keçən il də Sinqapur və Yaponiyadakı yarışlar üçün avtomobilin dizaynını dəyişmişdi.

Shares: