Fernandu Santuş Polşa millisinin baş məşqçi postundan uzaqlaşdırıldı. Son oyunlardakı uğursuzluqlar ona baha başa gəldi.

Futbolinfo.az xəbər verir ki, son dünya çempionatındakı uğursuzluqdan sonra 8 il çalışdığı Portuqaliya millisindən ayrılan Santuş cəmi bir ay işsiz qalmışdı. Bu ilin yanvarında Polşa millisinə təyinat alan məşqçi komandanı Avropa çempionatının final mərhələsinə yüksəltməliydi. Lakin hazırda komandanın vəziyyəti yaxşı deyil.

E qrupunda keçirdiyi 5 oyundan sonra 6 xal toplayan polşalılar 3 komandanı özündən irəli buraxıb. Xüsusilə son matçda Albaniyaya məğlubiyyət vəziyyəti pisləşdirib. Belədə Polşa Futbol Federasiyası çıxış yolunu baş məşqçini qovmaqda görüb.

Shares: