“Barselona”nın yeni direktoru Deku ilk dəfə geniş açıqlamalar verib. O, bir çox məsələlərlə bağlı danışıb.

Futbolnfo.az xəbər verir ki, sabiq yarımmüdafiəçi baş məşqçi Xavi Ernandeslə yeni müqavilə bağlanacağını təsdiqləyib: “O, yeni müqaviləni haqq edir. Müzakirələr gedir, müddətlə bağlı qərr verilməyib. Yaxınarda bütün suallara aydınlıq gələcək”.

Alexandro Balde və Lamie Yamalla da yeni müqavilə bağlanacağını bildirən Deku yaxın günlərdə rəsmi açıqlama veriləcəyini əlavə edib: “Joao Feliks və Joao Kanselo isə yalnız mövsümün sonunadək bizimlə olacaq. Onlar icarədədir və anlaşmada satınalma bəndi yoxdur. Çox yaxşı çıxış edəcəkləri halda gələn yay onların transferi barədə düşünmək olar”.

Shares: