Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan II Liqasının 2-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar verilib.

Futbolinfo.az xəbər verir ki, “Ağdaş” – “Baku Sportinq” oyununun (2:4) nəticəsi ləğv edilib. Matçın 58-ci dəqiqəsində “Baku Sportinq”in heyətində adı oyunun rəsmi protokolunda olmayan 10 nömrəli futbolçu Elgün Abbaslı meydançaya daxil olduğuna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmçinin “Baku Sportinq” klubu 400 manat cərimə edilib.

“Şəfa” – “Sheki City” oyununda meydan sahibləri 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə 70 manat cərimə edilib. “Şəfa”nın üzvü Mehman İbadov azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanıb, klubu 350 manat cərimələnib.

“Ağdaş” – “Baku Sportinq” oyununda meydan sahiblərindən Ramal Əhmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat ödəməli olacaq.

Shares: