Andorra ölkə futbolunun əfsanəsi ilə vidalaşdı. Milli komandanın kapitanı İldefons Lima 43 yaşında dayanmaq qərarı verdi.

Futbolinfo.az xəbər verir ki, o, klub karyerasını davam etdirəcək. Amma milli komanda karyerası Lima üçün bitdi.

Lima 1997-ci ildə milli komanda formasıyla ilk matçına çıxmışdı. 26 illik karyera dünən İsveçrə ilə görüşdə (0:3) yekunlaşdı. O, bununla Avropa çempionatların seçmə mərhələlərində meydana çıxmış ən yaşlı futbolçu ünvanına da sahib oldu – 43 il, 9 ay və 2 gün.

Lima müdafiəçi olsa da, Andorra millisinin ən məhsuldar futbolçusudur. Onun hesabında 11 top var.

Shares: