Bu gün Azərbaycan I Liqasında 2023/2024 mövsümünə start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. 

Açılış oyunu Yevlaxda baş tutub. Burada “Karvan” “Mingəçevir”i böyük hesabla məğlub edib. 

Turun digər oyunları 14 və 15 sentyabrda olacaq.

I Liqa
1-ci tur

13 sentyabr

Karvan – Mingəçevir – 4:1
Qollar: Akif Tağıyev, 45+1 (pen.), İzzət Müştaqov, 55, Elvin İsmayılov, 57, Peter Kinqs, 88 – Elnur Mirzəyev, 71
Qırmızı vərəqə: Müşfiq Teymurov, 65 (“Karvan”) – Elçin Qasımov, 65, Elvin Əlizadə, 67 (“Mingəçevir”)
Baş hakim: Rövşən Rəcəbov.
Yevlax şəhər stadionu.

Shares: