Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 3-cü tur çərçivəsində doğma meydanda “Erzeni” ilə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib.
İsgəndərli start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. O, 34-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
“Eqnatiya” hazırda ölkə çempionatında 6 xalla 2-cidir.