Lion “Olimpik”i gözlənilməz təyinata hazırlaşır. Loran Blanı istefaya göndərən Fransa klubu italiyalı mütəxəssislə anlaşmaq üzrədir.

Futbolinfo.az xəbər verir ki, Cennaro Qattuzo ilə danışıqlar uğurla başa çatmayıb. Belədə lionlular onun həmyerlisi ilə təmasa keçib. Fabio Qrosso ilə müzakirələr qısa sürüb və tərəflər ilkin razılığa gəlib. Həftəsonunadək təyinatın açıqlanması gözlənilir.

“Bari”, “Verona”, “Breşiya” və “Syon”da işləmiş 45 yaşlı mütəxəssis son olaraq “Frozinone”ni çalışdırıb. İki il bu komandanın başında olan İtaliya millisinin sabiq müdafiəçisi hazırda işsizdir. Ən perspektivli çalışdırıcılardan hesab olunan Fabionun ilk ciddi sınağı məhz “Olimpik”də olacaq.

Xatırladaq ki, lionlular Frenk Lempardın da namizədliyini müzakirə edirdi.

Shares: