Sebastyan Fettel gələcəkdə Formula1-ə qayıda biləcəyini bəyan edib. Almaniyada keçirilən “Formula Nürburqrinq” yarış festivalı zamanı Britaniyanın “Sky Sports F1” telekanalına müsahibəsində, dördqat dünya çempionu starta yenidən çıxmaq variantını istisna etməyib.

“Etiraz etməyəcəyəm, çünki hazırda özüm də bilmirəm. Məncə, əvvəlcə gedib sonra qayıdan bütün sürücülərdən müsahibə alsanız, hamısı əvvəlcə “yox” demiş olar. Bəziləri isə “bilmirəm” deyib sonradan geri dönüblər. Ona görə də bu ehtimalı istisna etməyəcəyəm.

Yəqin ki, hər şey aldığım təklifdən asılı olacaq. İndi 36 yaşım var və on ildən sonra qayıtmaq fikrim yoxdur. Ola bilsin ki, geri qayıtmaq barədə düşünüm. İndi belə bir fikrim yoxdur. Hazırda boynum yüksək sürətə hazır deyil. Amma başqa hər şey qaydasındadır – olduqca yaxşı fiziki formadayam”, – deyə Sebastyan Fettel yalnız öz şərtləri ilə qayıda biləcəyini və zədəli sürücünü müvəqqəti olaraq əvəz etmək fikrində olmadığını əlavə edib.

Shares: