Çexiya millisinin əfsanəvi qapıçısı Dominik Qaşek MHL-in Ukraynaya pul ödəməli olduğunu vurğulayıb.

“Aleksandr Oveçkin ölkəsini MHL-də təmsil edir və bu da Rusiyanın reklamı deməkdir. Beləliklə, Oveçkin və onlarla digər rus hokkeyçilərinə icazə verən MHL bir ölkənin digərinə təcavüzünü dəstəkləmiş olur.

Rusiyanı bu cür reklam edən qurum təzminat ödəməlidir. Fikrimcə, hər mövsüm üçün MHL Ukraynaya 2-4 milyard dollar ödəməyə borcludur”, – deyə vaxtilə Rusiyada da oynamış Çexiya millisinin keçmiş qapıçısı bildirib.

Shares: