İtaliya, Bolqarıstan, Şimali Makedoniya və İsrailin birlikdə ev sahibliyi etdiyi kişilər arasında voleybol üzrə Avropa çempionatında bu gün iki yarımfinal oyunu keçiriləcək. Bu oyunlardan sonra həlledici qarşılaşmanın iştirakçıları müəyyənləşəcək.

1/2 final

20:00. Polşa – Sloveniya

23:15. İtaliya – Fransa

Xatırladaq ki, çempionat avqustun 28-də start alıb və sentyabrın 16-da yekunlaşacaq. 1/4 final mərhələsində Polşa Serbiyaya (3:1), Sloveniya Ukraynaya (3:1), İtaliya Niderlanda (3:2), Fransa isə Rumıniyaya (3:0) qalib gəlmişdi.

Yarımfinaldan başlayaraq turnirin bütün oyunları Romada baş tutacaq. Əvvəlki mərhələlərdə görüşlər Bari, Ankona, Peruca, Bolonya, Varna, Skopye və Təl-Əvivdə keçirilmişdi.

2021-ci ildə keçirilən kişilər arasında son Avropa Çempionatının qalibi İtaliya millisi olmuşdu. Sloveniya 2-ci, Polşa isə 3-cü yeri tutmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp