“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokuna ikinci oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan təmsilçisi Yunanıstan klubu TMT ilə qarşılaşıb.

“Zəngəzur” matçın gedişində 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Görüş heç-heçə başa çatıb – 3:3.

Azərbaycan komandası qrupda növbəti matçını Çexiyanın “Veşka Olomuç” klubuna qarşı keçirəcək. Bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

“Zəngəzur” ötən gün qrupun ilk turunda Bolqarıstan təmsilçisi “Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib.

Shares: