“Sabah” basketbol klubu heyətini yeni basketbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, 204 sm boya malik 32 yaşlı latviyalı hücumçu Artyoms Butyankovla 1 illik müqavilə imzalanıb.

Geniş avrokubok təcrübəsinə malik Butyankov karyerası ərzində Latviyanın “Valmiera”, “Ventspils”, “Betsafe Liepaja”, “VEF Riqa”, “Yurmala Feniks”, Niderlandın “Donar Qroningen” və İtaliyanın “Givova Scafati” klublarında çıxış edib.

Shares: