“Mançester Yunayted” hücumçusu Antonini İngiltərə çempionatında 2023/24 mövsümü üçün heyətə daxil edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Sentyabrın 10-da “Mançester Yunayted” 23 yaşlı futbolçunu bir neçə qıza qarşı zorakılıq iddiasına görə komanda ilə məşqlərdən uzaqlaşdırıb. Braziliyalı futbolçu özü təqsirkar olduğunu qəbul etmir.

Antoni 2022-ci ilin avqustundan “qırmızı şeytanlar”da çıxış edir. O, 2023/24 mövsümündə komanda ilə 4 matçda meydana çıxıb.

Shares: