Belçika yığmasının futbolçusu Amadu Onana AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan (1:0) və Estoniya (5:0) ilə keçirdikləri oyunları dəyərləndirib.

Futbolinfo.az saytı xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi millimizlə Bakıda baş tutan görüşü yüksək səviyyədə keçirmədiklərini etiraf edib: “Azərbaycandakı oyunumuza görə bir az tənqid olunduq. Ona görə də gücümüzü göstərmək bizim üçün vacib idi. Bunu Estoniya ilə matçda bacardıq. Lukaku isə dünyanın ən yaxşı hücumçularından biri olduğunu vurduğu qollarla sübut etdi”.

Onana final mərhələsinə vəsiqə şanslarının yüksək olduğunu vurğulayıb: “Riyaziyyatdan pisəm, hesablamalar mənim ən yaxşı xüsusiyyətim deyil. Düzdür, xal baxımından böyük üstünlüyümüz var. Amma qarşıdakı matçlarda da eyni təzyiqi və ciddiliyi qoruyub saxlamalıyıq”.

Qeyd edək ki, 5 oyunda 13 xal toplayan Belçika millisi F qrupuna liderlik edir.

Shares: