Milli Basketbol Assosiasiyası ulduz oyunçuların istirahət qaydalarını sərtləşdirən yeni maddələri təsdiqləyib. Yeni qaydalara əsasən, komandalar müntəzəm çempionatda iki ulduzun eyni vaxtda oyunu buraxmasına icazə verə bilməyəcək. Liqa veteranları istisna təşkil edəcək.

Yeni kriteriyalar belə olacaq:

— 35 yaş və yuxarı basketbolçular;

— Karyeralarında müntəzəm mövsümdə 34 min dəqiqədən çox oyun keçirmiş basketbolçular;

—Pley-off da daxil olmaqla, karyeralarında 1000-dən çox oyun keçirmiş basketbolçular.

Bu meyarlara onlarla  MBA oyunçusu uyğun gəlir. Onlar arasında ən diqqətçəkənləri isə bunlardır: Lebron Ceyms (Los Anceles Leykers), Kris Pol, Stiven Karri (hər ikisi Qolden Steyt Vorriors), Kevin Lav (Mayami Hit), DeMar DeRozan (Çikaqo Bullz), Rassell Vestbruk (Los Anceles Klippers), Kevin Dürant (Finiks Sans) və Ceyms Harden (Filadelfiya Siksers).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp