İspaniya “Barselona”sının daha bir sabiq futbolçusu klubda işə başlayıb.
Futbolinfo.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Boyan Krkiç futbol koordinatoru olub.
Onun əsas vəzifəsi klubun gənc oyunçularına nəzarət etməkdir.
“Barselona”nın yetirməsi olan 33 yaşlı sabiq vinger 2007-2011-ci illərdə əsas komandanın formasını geyinib.
Son ölkə çempionu daha əvvəl portuqaliyalı Dekunun idman direktoru təyin edildiyini açıqlamışdı.