Bu həftə baş tutacaq Sinqapur qran-prisində “Red Bull” komandası Formula 1 üzrə bu ilin çempionluğunu rəsmiləşdirə bilər.

Hazırda Mühəndislər kubokunda komanda ən yaxın izləyicisi olan “Mercedes”i 310 xal qabaqlayır. Bundan sonrakı mərhələlərdə bir komanda maksimum 353 xal toplaya bilər. Beləliklə, əgər Ferstappen və Peres bu həftə podiumun ən yüksək 2 pilləsinə çıxa bilsələr, alman komandasının sürücüləri isə xal qazanmağı bacarmasa, o zaman kubokun taleyi aydın olacaq.

Ancaq böyük ehtimalla Mühəndislər kubokunun qalibi gələn həftə baş tutacaq Yaponiya qran-prisində rəsmiləşəcək.

Shares: