Daha bir ulduz karyerasını ərəb ölkələrində davam etdirəcək. Səudiyyə Ərəbistanında transfer pəncərəsinin bağlanmasından sonra Qətər ön plana çıxıb və bu ölkənin klubları keçidləri sıralayır.

Futbolinfo.az xəbər verir ki, Felippe Koutinyo və Marko Veratti kimi ulduzların ardınca Yulian Draksler Qətərə daşınmağa qərar verib. Alman yarımmüdafiəçi “Əl-Əhli” ilə razılığa gəlib.

PSJ ilə gələn ilin yayınadək müqaviləsi olan 29 yaşlı futbolçu ötən mövsümü “Benfika”da icarədə keçirmişdi. İndi isə Pars klubu onu satmaq qərarına gəlib. Fransa təmsilçisi bu transferdən 20 milyon avro qazanacaq.

Shares: