“Qarabağ”ın daha bir futbolçusu legioner həyatı yaşaya bilər.
Futbolinfo.az saytı “Fotomaç” nəşrinə istinadən xəbər verir ki, müdafiəçi Toral Bayramovun karyerasını Türkiyədə davam etdirmək ehtimalı var.
Bildirilib ki, Super Liqa təmsilçisi “Adana Dəmirspor” millimizin üzvünə elçi düşüb. Bir neçə gün əvvəl Ağdam klubundan Şahruddin Məhəmmədəliyevi transfer edən adanalılar Türkiyədə “transfer pəncərəsi”nin bağlanmasına bir gün qalmış Bayramovla da danışıqlara başlayıb.
Ancaq keçidin baş tutması üçün “Qarabağ”ın razılığı alınmalıdı. Çünki 22 yaşlı sol cinah müdafiəçisinin komandası ilə müqavilə müddəti 2026-cı ilə qədərdir.
Qeyd edək ki, Toral Bayramov bu mövsüm ümumilikdə 11 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.