PSJ əsas oyunçularından birini itirib. Mövsümə yaxşı başlayan Marko Asensio qarşıdakı bir neçə matçda parislilərə kömək edə bilməyəcək.

Futbolinfo.az xəbər verir ki, cinah oyunçusu İspaniya yığmasının düşərgəsində zədələnib. Klub həkimlərinin ilkin diaqnozuna görə o, 2-3 həftə meydanlara qayıda bilməyəcək. Bu müddətin bir aya qədər uzanması mümkündür.

Bu o deməkdir ki, Asensio Liqa 1-də və Çempionlar Liqasında bir neçə önəmli matçı buraxacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp